Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər; Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.
Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.