Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov, APA - nın cənub bürosuna bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.
Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov, Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir, Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.