Prezident əməliyyat müşavirəsi keçirdi, referendumun vaxtı məlum oldu

Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin vaxtı məlum olub.

Pravda.az-ın xəbərinə görə, bu gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi əməliyyat müşavirəsində ümumxalq səsverməsinin Qələbə Paradı ilə eyni gündə, iyunun 24-də keçirilməsi təklifinə qarşı çıxıb.

O, Qələbə Paradının ayrıca bayram olduğunu, insanların həmin gün konstitusiyaya dəyişikliyə köklənə bilməyəcəyini söyləyib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. V. Putin konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsi təklifi ilə razılaşıb.

Qeyd edək ki, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salıb. Qanun layihəsinə görə, ölkə konstitusiyasının 171 bəndinə dəyişiklik edilməsi planlaşdırılır.

Tarix: 1 İyun 2020, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin