"Belə mövzularda az danışan adamam. Amma fikri ciddi olan gənclərlə təcrübələrimizi bölüşməliyik. Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz. Həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar".
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aqşin Yenisey bildirib.
Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır.