Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib. Banker.az-ın məlumatına görə, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.
Nail Abdullayevə yüksək vəzifə verildi
2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi" bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi" (MBA) üzrə isə magistr təhsili alıb.