Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı - BİTƏRƏFLƏRİ DƏ DƏSTƏKLƏYƏ BİLƏR

1 700
Paylaş:
Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı -     BİTƏRƏFLƏRİ DƏ DƏSTƏKLƏYƏ BİLƏR

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda  növbədənkənar parlament seçkiləri  keçiriləcək.

Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının  (YAP) deputatlığa namizələr siyahısında  kimlərin adının olub-olmaması barədədir.

Pravda.az xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə müstəqil namizədləri də dəstəkləyə bilər”.

Paylaş:

Ən son xəbərlər