Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu dəyişiklik daha çox istehsal ili köhnə olan avtomobillərin qiymətində hiss ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq.
Amma ekspert onu da xatırladıb ki, daha əvvəl yanacağın qiymətindəki dəyişiklik mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə təsir edib.