“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin edilən Seymur Orucovu uzun illərdir, tanıyıram. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri olub. Gənc, çox çevik, geniş dünyagörüşlü, mədəni insandır. Hər şeydən əvvəl Seymur Orucov Prezident İlham Əliyevin seçimidir. Prezident seçimində heç vaxt səhv etmir”.
Bunu Pravda.az-a açıqlamasında 108 saylı Ağstafa seçki dairəsinin deputatı Nizami Cəfərov deyib.
Deputat Seymur Orucovun ingilis dilində çıxışının müzakirələrə səbəb olmasına münasibət bildirərkən deyib ki, əsas icra başçısı kimi yaxşı işləməkdir: “Seymur Orucovun ingilis dilini hansı səviyyədə bildiyi barədə məlumatlı deyiləm. Amma hər halda ingilis dilini bilir. Burada söhbət icra başçısı kimi işləməkdən gedir. İngilis dilini bir qədər zəif də bilər, yaxşı da bilər... Hələ gəncdir, təkmilləşdirmək imkanları var, beynəlxalq tədbirlərdə olacaq. Ağstafadan olan böyük şairimiz Nəriman Həsənzadənin yaxşı sözü var. Deyir, istedadlı, qabiliyyətli, etimad olunan şəxsin xırda nöqsanları olduqda, bu nöqsanları onun qarşısına daş kimi diyirləməyin. Yəni bu və ya başqa insanın hansısa məsələdə çətinlikləri ola bilər. Azərbaycanda son vaxtlar heç də yaxşı olmayan vəziyyət yaranıb. Mətbuat, sosial şəbəkələr, elə bil, insanın nə qədər nöqsanı var, yığırlar. Həmin şəxsə etimad göstərilən kimi onu gözdən salmaq üçün nöqsanları üzə çıxarırlar. Desinlər, eybi yoxdur, amma bu şəxsin üstün cəhətləri də var axı... Seymur Orucovun xeyli üstün cəhətləri var. Ona uğurlar arzu edirəm, əminəm ki, rayonda müsbət dəyişikliklər edəcək. O çalışacaq ki, rayon sakinlərinin istəklərini yerinə yetirsin. Seymur Orucov bilməlidir ki, Azərbaycan Prezidenti qarşısında məsuliyyət daşıyır".
12 May 09:19
12 May 09:00
12 May 08:55
12 May 08:45
12 May 08:39
12 May 08:38
12 May 08:36
12 May 08:26
12 May 08:21
12 May 08:19
12 May 08:15
12 May 08:12
12 May 08:09
12 May 07:16
12 May 07:08
12 May 07:06
12 May 02:23
12 May 02:22
12 May 02:20
12 May 02:17
11 May 23:53
11 May 22:24
11 May 22:15
11 May 20:57
11 May 20:49
11 May 20:46
11 May 20:06
11 May 19:47
11 May 19:45
11 May 18:44
11 May 18:39
11 May 18:36
11 May 18:18
11 May 18:13
11 May 18:11
11 May 17:30
11 May 17:23
11 May 17:21
11 May 17:10
11 May 17:00
11 May 16:30
11 May 15:51
11 May 15:11
11 May 14:21
11 May 13:19
11 May 13:15
11 May 13:12
11 May 13:11
11 May 13:10
11 May 13:08
11 May 12:58
11 May 12:11
11 May 10:27
11 May 10:24
11 May 10:22
11 May 10:20
11 May 10:19
11 May 10:16
11 May 10:15
11 May 10:04
11 May 10:02
11 May 09:59
11 May 09:20
11 May 09:18
11 May 09:16
11 May 09:00
11 May 02:05
11 May 02:01
11 May 01:58
11 May 00:51
11 May 00:49
10 May 22:01
10 May 22:00
10 May 21:54
10 May 21:25
10 May 20:17
10 May 19:13
10 May 19:11
10 May 19:08
10 May 18:54
10 May 18:39
10 May 18:37
10 May 18:35
10 May 18:33
10 May 18:08
10 May 17:51
10 May 17:41
10 May 17:35
10 May 17:30
10 May 17:09
10 May 16:35
10 May 16:32
10 May 16:30
10 May 16:28
10 May 16:26
10 May 16:24
10 May 16:08
10 May 16:01
10 May 15:58
10 May 15:53
10 May 15:49
10 May 15:47
10 May 15:38
10 May 15:29
10 May 15:25
10 May 15:19
10 May 15:16
10 May 15:06
10 May 14:48
10 May 14:35
10 May 13:40
10 May 13:32
10 May 13:17
10 May 13:11
10 May 13:04
10 May 13:00
10 May 12:57
10 May 12:53
10 May 12:49
10 May 12:30
10 May 12:22
10 May 12:15
10 May 12:03
10 May 12:00
10 May 11:36
10 May 11:33
10 May 11:27
10 May 11:13
10 May 10:58
10 May 10:40
10 May 10:33
10 May 10:29
10 May 10:21
10 May 09:25
10 May 09:24
10 May 09:20
10 May 09:18
10 May 09:15
10 May 09:12
10 May 09:11
10 May 09:05
10 May 09:02
10 May 09:00
10 May 08:59
10 May 08:56
10 May 08:54
10 May 08:53
10 May 08:52
10 May 08:46
10 May 08:40
Ən son xəbərləri səhifəmizdən də izləyin