Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: "Belə çağırışlar bəşəriyyətin gələcəyinə sayğısızlıq, ədalətsizlik, dövlətin suverenliyinə təhdiddir"

1 156
Paylaş:
Deputat: "Belə çağırışlar bəşəriyyətin gələcəyinə sayğısızlıq, ədalətsizlik, dövlətin suverenliyinə təhdiddir"

“AŞPA və ABŞ Konqresinin Azərbaycana qarşı yürütdükləri məkrli siyasət və söylənilən fikirlərin üst-üstə düşməsi bu orqanların bir mərkəzdən idarə olunduğunu aydın göstərir. Belə ki, ABŞ Konqresinin 48 üzvü və AŞPA eyni gündə dövlət katibi Antoni Blinkenə çağırış edib və işğaldan azad olunmuş Azərbaycan torpaqlarında “erməni milli irsinin” təhlükə altında olduğunu bildiriblər. Guya 500 erməni mədəni irsi məhv edilməkdədir və onların qorunması üçün ciddi tədbirlər görülməlidir”. 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

Komitə sədri bildirib ki, bu çağırış riyakarlığın yeni nümunəsidir və əsassızdır: “Çünki işğal altında olmuş Azərbaycan torpaqlarında ümumilikdə göstərilən sayda tarixi-dini abidə yoxdur. Olan abidələrdən isə 67-si məscid, 144 məbəd, 192-si ziyarətgahlardır ki, onlar da azərbaycanlılara məxsusdur. Mövcud məscidlərimizin 63-ü erməni təcavüzkarları tərəfindən tamamilə dağıdılıb, 4-ü isə yararsız vəziyyətə salınıb. Belə olan halda, görəsən, AŞPA və ABŞ Konqresinin üzvləri hansı faktlara əsaslanır və nədən yersiz iddialar irəli sürürlər? Erməni puluna aldanan və siyasətçi nüfuzlarını alçaldan bu insanlar nə üçün uzun illər işğal altında saxlanılan torpaqlarımızın, dağıdılan şəhər və kəndlərimizin,  məhv edilən tarixi-dini abidələrimizin taleyi barədə çağırışlar etmir, vicdanlarını dilə gətirmirlər? Təcavüzkara, qatilə dəstək verməklə Azərbaycanın qələbələrinə, inkişafına, sülh, azadlıq, əməkdaşlıq mübarizəsinə kölgə salmaq istəyənlər, ermənipərəst mövqe tutanlar yanılırlar və onların  saxta çağırışları əhəmiyyətsizdir. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev haqq, ədalət yolundadır, ordumuz, xalqımız birdir. Dövlətimiz və rəhbərimiz beynəlxalq normalara əsaslanan siyasət həyata keçirir. Real faktlar ortaya qoyur, gücünü, birliyini nümayiş etdirir. Diktələrə, yalan təsirlərə, saxta çağırışlara əhəmiyyət vermir və məkrli siyasət yürüdənlərin cavabını vaxtı gələndə öz uğurlu gedişləri ilə verir və haqsızı yerində oturtmağı bacarır. Belə çağırışlar bəşəriyyətin gələcəyinə sayğısızlıq, dövlətin suverenliyinə təhdid, beynəlxalq normalara hörmətsizlik, ilk növbədə isə ədalətsizlikdir”. 

Paylaş:

Ən son xəbərlər