Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Əliyev Fariz Natiq oğlu gətirilib.
Abid Şərifovun kürəkənini o əvəzlədi
Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.
Qeyd edək ki, işdən çıxarılan rəis Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.