Müğənni Manaf Ağayev qadın həmkarı Afət Fərmanqızına ev bağışlayıb.
Bu haqda Afət dəbdəbəli mənzilində qonaq qəbul etdiyi "Ay Zaur" verilişində deyib.
"Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır. Burada iki nüans var. Mən onda Manafı özüm üçün kəşf etdim ki, necə böyük ürəyə malikdir", - deyə A.Fərmanqızı vurğulayıb.