Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan tanınmış rejissor və aktyor, Əməkdar artist Sərvər Əliyev Azərbaycandan gedib.
Əməkdar artist Azərbaycanı birdəfəlik tərk etdi
O, indən belə fəaliyyətini Dərbənd şəhərində davam etdirəcək. Bunu yenicag.az-a açıqlamasında rejissor özü bildirib.
"İki aydır ki, Dərbənddəyəm. Fəaliyyətimi burada davam etdirəcəyəm. Niyə Dərbənddəyəm, bunun çox ciddi səbəbləri var. Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam".