Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.