Bir müddət öncə Tərtərdə minaya düşərək ayağının birini itirən BDU-nu 2022-ci ildə fərqlənmə ilə bitirmiş məzunu Həsənəli Əlizadə təhsilinin magistr pilləsi üzrə Xəzər Universitetinə qəbul olub.
Bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, o, daha əvvəl Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.

