Ötən həftənin bazar günü verilən qiymət artımı qərarı hələ müzakirə edilir. Bu qərarı müdafiə edənlər, əsaslandıranlarla yanaşı, onu tənqid edənlər də var.
İnsanlar son qiymətarımının ərzağı da bahalaşdıracağından narahatdırlar. Hazırda hər kəsi eyni sual düşündürür: bahalaşma fonunda maaş və pensiyalar artırılacaqmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, baş verən bahalaşmadan sonra dövlət artıq əhalinin sosial rifahını fikirləşməlidir.