Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

1 192
Paylaş:
Ələsgər Məmmədli ilə bağlı qərar verildi

Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının təqdimatına baxılıb.

Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

APA

Paylaş:

Ən son xəbərlər