Bir müddət öncə meyxanadan uzaqlaşdığını açıqlayan Orxan Lökbatanlının yeni yayılan videosu müzakirə yaradıb.
Pravda.az Olay.az-a istinadən xəbər verir ki, söz ustası səhnə aldığı məclislərin birində meyxana demək əvəzinə, mahnılar səsləndirib. Xalq mahnısının da yer aldığı repertuarda Lökbatanlının səhvlərə yol verdiyini, bu tip bəstələri ifa etmək üçün səsinin olmadığını yazanlar olub.