Əməkdar artist Şəbnəm Tapdıq "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı "Çile bülbülüm" mahnısını oxuyan sənətçi göz yaşlarını saxlaya bilməyib. İfaçı bu bəstənin ona valideynlərini xatırlatdığını bildirib:
"Bu mahnını 1980-ci ildə oxumuşam. Çox ağır mənası var. Mənə çox böyük şöhrət qazandırmışdı. Bu ifama görə Türkiyəyə qədər dəvət olunmuşdum. Xalq şairi Bəxtiyar Vahabzadə kimi şəxsiyyət atama da zəng etmişdi ki, "O qız kimdir? İfasından gözümün yaşını saxlaya bilmədim".