Abşeron rayonunda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb. Lent.az xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.
1990-ci il təvəllüdlü Şəbnəm Taleh qızı Həsənova yaşadığı evin həyətyanı sahəsində əri tərəfindən bıçaqlanıb.