Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır, Qafqazda Avroatlantik reseptlərin tətbiqi regionda yeni bölücü xətlərin yaranmasına gətirib çıxaracaq. Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Andrey Nastasin deyib.
“Amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarında yaymaq üçün növbəti cəhdi... Vaşinqton Avropadakı əlaltılarının tam razılığı ilə dostlarımız və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan ayırmaq məsələsini ortaya qoyur.
Regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan Avro-Atlantik rəsmilərin öz reseptlərini tətbiq etməsi Cənubi Qafqazda yeni ayırıcı xətlərə gətirib çıxaracaq və təkcə bölgə yox, həm də ümumavrasiyanın təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür”, - Nastasin bildirib.