Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində yoxlamalara başlayıb. TNS xəbər verir ki, bu barədə Hesablama Palatasının dünən keçirilən kollegiya iclasında məlumat verilib.
İclasda Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin istifadəsinin və idarə olunmasının auditinə, İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının auditinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən (seçmə qaydada) dövlət vəsaitinin və digər dövlət əmlakının, istifadəsinin və idarə edilməsinin auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının təsdiq edilməsi barədə qərarlar qəbul edilib.
Əldə etdiyimiz məlumata görə, kənar dövlət maliyyə nəzarəti tədbiri 2023-cü ili və 2024-cü ilin ötən dövrünü əhatə edəcək.