Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.
Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videnu qadının ərinə və oğluna göndərəcəyini deyib. R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.
Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla ümumilikdə 42 min manat pul verib. Həkim ifadəsində deyir ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.