Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib. İqtisadiyyat.az xəbər verir ki, buna direktorun işçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam verməsi səbəb olub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müraciət əsasında zavodda yoxlama aparıb.
Yoxlamanın nəticəsinə uyğun olaraq, DƏMX Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə cərimə protokolu tərtib edib.