İyulun 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti dəfə görüş keçirib.
Görüş zamanı ARVK-nın sədri İbrahim Məmmədzadəni karyera yüksəlişi - yeni vəzifəsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə görülən işlər, onun proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb, bu sahədə qazandığı yeni biliklər, idarəçilik səriştəsinin artırılması və növbəti planları barədə geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.
Nəzərə çatdırılıb ki, İbrahim Məmmədzadə tərəfindən ARVK-nın fəaliyyət istiqaməti üzrə hazırlanan təkliflər arasından təlim-tədris sahəsi ilə bağlı artıq müzakirələr yekunlaşıb, müsbət qiymətləndirilib və Rəyasət Heyətinin növbəti iclas gündəliyinə daxil edilərək, Vəkillər Kollegiyası Akademiyasının iştirakı ilə birgə baxılacaqdır.

