Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusiflə görüşdüyünü əks etdirən görüntülər yayılıb. Manset.az-ın məlumatına görə, videonun harada və nə zaman çəkildiyi məlum deyil. Görüntülər sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.