Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov ictimai fəal Bəxtiyar Hacıyevə cavab verib.
Pravda.az-ın xəbərinə görə, Arzuman Abdulkərimov "Yeni TV" internet televiziyasının efirində çıxışı zamanı bildirib ki, Bəxtiyar Hacıyev dövlətin bir çox atributlarını, o cümlədən Milli Məclisi təhqir edib: "Bəxtiyar Hacıyev iddia edir ki, bəzi gənclər onu təhqir ediblər. Amma Bəxtiyar Hacıyevin özü şəxsləri yox, dövlətin atributlarını təhqir edərək Milli Məclisi "deputatxana" adlandırır. Məgər bu təhqir deyilmi? Məncə, bu daha təhlükəlidir. Biz Bəxtiyar Hacıyevin yaşadığı evə "bəxtiyarxana" desək, xoşuna gələrmi? Yaxud da desək ki, Bəxtiyar qələt edir, hansı ki, qələt farscadan tərcümədə səhv deməkdir".