Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda şübhəli bilinən şəhər sakini Taleh Qədirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan T.Qədirov bir nəfər şəhər sakinindən 1 000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib.