Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsilhaqları ilə bağlı növbəti təhsil ilinə olan problemləri həll olunub. Bu haqda ifaçının oğlu Yusif və qızı Bətül paylaşım edib. Onlar bildiriblər ki, ötən il onların təhsilhaqqısını ödəyən şəxs bu il də eyni addımı atıb.
"Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. O, istəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək" deyə, ifaçının oğlu Yusif bildirib.
Qeyd edək ki, Rəşad açıqlamasında övladlarının özəl məktəbdə oxuduğunu bildirmişdi.