Bir müddət əvvəl daxil olan məlumat əsasında Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb.
Araşdırma nəticəsində məktəbdə rəhbərlik tərəfindən tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulması halları aşkar edilib.
Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.