Paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Pravda.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
Hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.