Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"Mətanət Əsədova qonaq gəlib bizə, qaranlıqda qarşılamışam, işığımızı, suyumuzu kəsib, bərkgedən restoranlara verirlər"

2 533
Paylaş:
"Mətanət Əsədova qonaq gəlib bizə, qaranlıqda qarşılamışam, işığımızı, suyumuzu kəsib, bərkgedən restoranlara verirlər"

Müğənni Xatirə İslam “Azərişıq” ASC-dən şikayət edib. Axşam.az xəbər verir ki, Mərdəkandakı bağında istirahətdə olan sənətçi dəfələrlə işığın verilməsində problem yarandığını dilə gətirib:

"Mərdəkanda bu gün 3-cü dəfədir ki, işıq sönüb. Özü də saatlarla işıq yoxdur. Hazırda saat gecə 1-ə işləyib. Bura ucqar kənd deyil. Biz hansı zəmanədə yaşayırıq ki, Mərdəkanda işıq olmasın. Qaranlıqda qalmışıq. Bizim işığımız, suyumuz haralara verilir? Bu işıq niyə yanmır? Səhərə kimi kondisioner olmadan necə qala bilərik? Bu nə deməkdir? Başa düşə bilmirəm. Xahiş edirəm ki, qurumlar diqqət yetirsin Mərdəkana. Mətanət Əsədova qonaq gəlib bizə. Onu qaranlıqda qarşılamışam. İşığımızı, suyumuzu kəsib, bərkgedən restoranlara verirlər".

Paylaş:

Ən son xəbərlər