İyulun 6-da saat 18:30-da Saatlı rayonunun Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ramiz Gülabdin oğlu Ağayevin yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. News24.az baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatını əldə edib.
Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəminində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin narkoman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.