Ümid Partiyasının sədri İqbal Ağazadənin növbədənkənar parlament seçkilərinə qatılacağı dairə açıqlanıb. Partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İqbal Ağazadə seçkiyə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən qatılacaq:
"Bu gün partiyanın İdarə Heyətinin toplantısı keçirilib. İclasda 40 namizədin hansı dairədən seçkiyə qatılacağı müəyyənləşib və onların hər birinin sənədləri hazırdır. Dairələri müəyyənləşməyən namizədlərimiz də var”.