"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Səidə Sultan olub. Həmcinslərini çox sevdiyini deyən müğənni həmişə qadınlara dəstək olduğunu söyləyib:
"Qadınları çox istəyirəm, bir şey olsa, tərəflərini saxlayaram, qorumağa çalışaram. Amma qadın qadına həmişə pislik edir. Əzəldən bu belədir. Kişini pozan da qadındır. Çünki kişiyə ilk tərbiyəni verən qadındır - anasıdır. Ana fərsiz oğlunu hansısa bir qızla evləndirirsə, o, artıq pislik edir. Buna görə də qadın qadının düşmənidir".