Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a bildirilib ki, araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.