Qaynarinfo bu ilin fevral ayında fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yaymışdı. Həmin vaxt xəbər nə təsdiq, nə də təkzib edilməmişdi.
6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında da Ragim Lətifovun adı nazir müavinləri siyahısından çıxarılıb.