Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb.
Bunu iyulun 8-də Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.