Kinematoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədovanın köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil vermədiyi iddia olunur.
Medianın məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev bu səbəbdən köməkçisinin otağında oturmaq məcburiyyətində qalıb. KONKRET.az məsələni dəqiqləşdirmək məqsədilə Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb.