"Boşanmaya qərar verilibsə, demək ki, arxasında ciddi səbəblər var. Qadınlarda ayrılıq qərarı "küsdüm, getdim" kimi olmur. Ayrılıq qərarını qarşı tərəf vermişdi. İndi düşünəndə deyirəm ki, nə yaxşı ki, bunu etmişəm. Mən çox çalışdım ki, ailəmi qoruyum. Amma demək ki, ciddi səbəblərim var idi. Mən bu ayrılığa görə ona çox minnətdaram. Çox sağ olsun ki, çox doğru qərar verdi".
Bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.
Sənətçi bildirib ki, o, hamilə ikən kecmiş həyat yoldaşı İlham Qafarov xəbərsiz onu boşayıb:
"O dövrdə ailəmin dağılması mənim üçün zərbə idi. Böyük zərbə idi, çünki bətnimdə övladım vardı. Mən bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola o mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O vaxt mən qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır.
Mən o zaman məhkəməni saxlatdırdım. Dildə mənə söyləmişdi ki, ayrılaq. İnsanıq da, fikirləşirik ki, dildə deyib də... Bəlkə, bunu əsəbiləşib deyib. Amma bu qərara görə ona çoxminnətdaram. Hələ mən fikirləşdim ki, bu qərara görə gecikmişəm. Kaş ki, daha əvvəl ayıq olub bu qərarı daha tez verərdim. İndi gülə-gülə danışım, amma nələrdən keçmədik ki...
Hərdən fikirləşirəm ki, bu mərhələlərdən mən necə keçdim? Mənə kömək olan, əlbəttə ki, sənətim oldu. Ən son ana kimi də işlədim və maddi cəhətdən heç kimdən asılı olmadım. Sənət qoymadı kiminsə qapısında boynu bükük durmağa. Amma mənəvi cəhətdən çox çətin idi. Dünyaya övlad gətirirsən və bilirsən ki, onun atası ilə bir daha bir yerdə olmayacaqsan.