BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda qadın bacısını döydü, polis işə qarışdı

Salyanda qadın bacısını döyüb. Münaqişəyə səbəb mülk davası olub. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in "102" xidmətinə, 28-də isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.

 

Daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb, tərəflərin və hal şahidlərinin izahatları alınıb, müvafiq tibbi ekspertiza təyin edilib. Aparılan araşdırmaların və ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Tarix: 9 İyul 2024, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin