Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Abid Şərifov: “Bütün qoca deputatlara cansağlığı arzu edirəm”

2 007
Paylaş:
Abid Şərifov: “Bütün qoca deputatlara cansağlığı arzu edirəm”

“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.

Pravda.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı  heç bir dəftərdə  yoxdur. Qocalara gəldikdə isə mən o barədə heç nə deyə bilməyəcəm. Bütün qoca deputatlara can sağlığı  arzu edirəm”.

Paylaş:

Ən son xəbərlər