Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə və Avroviziya üçüncümüz Aysel Teymurzadə (Adıgözəlzadə) boşanma xəbərlərini yalanlasa da, məsələnin doğru olduğu üzə çıxıb.
İddia olunduğu kimi, boşanmaq istəyən Aysel yox, Murad Adıgözəlzadədir.
Onun da bunun üçün səbəbi var. İddia olunur ki, Adıgözəlzadənin bu günlərdə başı işdə eşq macərasına qarışıb. O, filarmoniyada fəaliyyət göstərən skripkaçı N.A adlı xanımla sevgi münasibəti yaşayır. Hətta Murad onunla evlənmək niyyətindədir. Bu səbəblə də Teymurzadə ilə olan izdivacını pozmaq qərarına gəlib.