Mərhum xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə "O üz" verilişində qonaq olub.
Pravda.az teleqraf.com-a istinadən bildirir ki, Faiq İbadzadə nənəsi haqqında danışıb: "O mənim nənəm olsa da valideyndən artıq qayğı göstərirdi. Heç bir çətinlik çəkməyə qoymurdu. Allah ona rəhmət eləsin. Son zamanlar sanki dünyasını dəyişəcəyini hiss edirdi. Deyirdi ki, yaxınlarda öləcək, ona görə mənə məsləhətlər verirdi. Yaxud bacılarını çağırıb, göstərişlər verirdi, məni onlara tapşırırdı. Hər gün gecədən səhərə oturub söhbət edirdik.
2014-cü ildə oğlu rəhmətə getdi. Həmin il deyirdi ki, daha yaşaya bilməyəcək. Bir il sonra həmin dərdlə bu dünyadan köçdü. Bəlkə həkimlərin də məsuliyyətsizliyi var idi. Çünki bizə əməliyyata ehtiyac olduğunu bildirmədilər. Mən də o zaman uşaq idim, 15 yaşım vardı. Bizə Allaha dua etmək qalırdı. Günorta xəstəxanaya apardıq, axşam saatlarında vəziyyəti pisləşdi. Nənəmi son nəfəsində görə bildim, əlindən tutdum. Elə də dünyasını dəyişdi.