Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov yenidən deputat olmaq istəyir. Cavid Qurbanov bu il sentyabrın 1-ə təyin olumuş növbədənkənar parlament seçkilərində namizəd olmağa hazırlaşır.
Onun 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd olacağı gözlənilir.