BURADA REKLAMINIZ OLA
BİLƏR

"Heç vaxt görmədik ki, sözlə sənət savaşına çıxasınız"

"Keyfiyyətli musiqini ölməyə qoymayan insan. Heç vaxt görmədik ki, sözlə sənət savaşına çıxasınız. Hər zaman işlə, zəhmətlə, əziyyətlə keyfiyyəti təbliğ etdiniz, qorudunuz, yaşatdınız". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Xalq artisti Aygün Kazımovanın paylaşımına yazıb. Pop kraliçanın yeni fotolarına rəy bildirən Zaur bunları əlavə edib:

 

"Bunu şəxsi vəsaitləri hesabına etmək hər insanın ürəyi deyil. Aydın görünür ki, xərcləriniz qazanclarınız qədərdir, bəlkə də çox. Var olun buna görə. Musiqini qorumaq naminə boş çıxışlar yox, ortaya iş qoymaq lazımdır. Sizin kimi... Axını dəyişən DİVA. Sənətçilər bilməlidirlər ki, özlərinə ad dedizdirəndə bu adı həm də doğrultmaq lazımdır. Bu axını yaınız "DİV" dəyişə bilər ki, DİVA bunu bacarır. Sağlam olun, oxşayın gözümüzü, könlümüzü. Qoy, hər zaman "Aygün Aygündür də" deyək".

 

Qeyd edək ki, Kazımova bir neçə gün əvvəl "S.O.S" adlı yeni mahnısını və klipini təqdim edib. Musiqi bütün sosial platformalarda birinci olub, trendə düşüb.

Tarix: 10 İyul 2024, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin