Meyxanaçı Ağamirzə Məmmədov onun göyərti biznesinə başladığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Meyxanaçı qaynarinfo-ya açıqlamasında bildirib ki, göyərti biznesi onların ailəlikcə dolanışıq yeridir:
“Qardaşlarımla göyərti biznesindəyik. Elə oldu ki, mən bu sənətə kökləndim, biznesdən ayrıldım. İndi bu işə qardaşlarım baxır. Maştağada sovxozda sahələrimiz var. Birləşib əkirik, becəririk, sonda da satırıq. Şükür Allaha, pis yaşamırıq, biz bununla dolanıb böyümüşük”.