Türkiyədə tarixi əsərləri oğurlayaraq xaricə satmaqda şübhəli bilinən mütəşəkkil dəstə üzvləri saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, 24 vilayətdə həyata keçirilən “Define-1” əməliyyatı çərçivəsində tarixi əsərləri xaricdəki muzeylərə satmaqda şübhəli bilinən, beynəlxalq tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan 47 nəfər tutulub.
Məlumata görə, əməliyyatlar İzmir, Ankara, Adana, Antalya, Balıkesir, Bursa, Denizli, Eskişehir, Hatay, İsparta, İstanbul, Karaman, Konya, Manisa, Mersin, Muğla, Nevşehir, Osmaniye, Sakarya, Samsun, Sivas, Tekirdağ, Trabzon və Aydın vilayətlərində keçirilib.