Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Əvvəlcə deyək ki, eks-idarə rəisi xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib.
İttihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. O, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb.