İstər mahnıları, istər bahalı həyat tərzi, istərsə də özəl həyatları ilə gündəmə gələn şou-biznes nümayəndələri zaman-zaman mülkləri ilə də diqqət çəkirlər. Onlar arasında bəziləri də var ki, nəinki Azərbaycanda, sərhəddən kənarda da mülk almağa üstünlük verirlər. Bunun üçün isə onlar daha çox qardaş ölkə Türkiyəyə üz tuturlar.
AZXEBER.COM Türkiyənin ən gözəl şəhərlərində mülk sahibi olan məşhurlarımızla bağlı araşdırma aparıb.
Bu siyahıda ilk pillədə xalq artisti Röya Ayxan gəlir. İstanbulda evi olan sənətçi, daha sonra açıqlamasında Mayamidə də oğlu Hüseyn üçün ev aldığını açıqlamışdı. Xalq artisti hər ölkədə bir evinin olmasını arzuladığını da bildirmişdi.
2018-ci ildə mətbuatda çıxan xəbərlərə görə həmin ildə Aygün Kazımova və Rəqsanə İsmayılova da İstanbulda ev alıb. Hazırda həmin evlərin mövcud olub - olmaması hada məlumat yoxdur.
Müğənni Zamiq Hüseynov da İstanbulda mənzil sahibi olan məşhurlardandır. Hətta ilin hər fəslində onu İstanbulda istirahət edərkən görmək mümkündür.
Aparıcı-prodüser Tarix Əliyev, Ayan Babakişiyeva, Brilliant Dadaşova, Natavan Həbibi, Aytac Tovuzlu da İstanbulu seçənlər arasındadır.
Müğənni Nazəninin də İstanbulun Beylikdüzü səmtində evinin olduğunu açıqlamışdı. Nadir Qafarzadə isə bir neçə il öncə İstanbulda ev aldığını açıqlasa da, pandemiya dövründə onu satdığını deyib.