Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Müsavat başqanının müavini: "Avtomobilinizin arxasıyca 2 km eyni maşın gələndə, təzyiq kimi paylaşdığınız halda..."

1 885
Paylaş:
Müsavat başqanının müavini: "Avtomobilinizin arxasıyca 2 km eyni maşın gələndə, təzyiq kimi paylaşdığınız halda..."

Qərarını elan edirsənsə, digər qərarlara da sayğı ilə yanaşmırsansa, bu peşəkarlıqdan və səmimiyyətdən uzaqdır. Müsavat Partiyası seçkidə iştirak etməyənlərin (iştirak etməyənlərin bunu boykot adlandırması siyasi və hüquqi mənada savadlı görünmür) qərarlarına hörmətlə yanaşdığını bildirib. Onların da səbəblərini tutarlı hesab etməklə yanaşı seçkidə iştiraka üstünlük verdiyini göstərib. Siyasi etika da bunu tələb edir ki, hər bir partiya öz siyasətini özü müəyyən edir. İtirsə də, qazansa da xalq və üzvləri qarşısında məsuliyyət özünündür. Kim düz edir, kim səhv edir, seçici və cəmiyyət qiymətləndirəcək. Biri birini təftiş etmək nə cəmiyyətə, nə də kimsəyə fayda verər. 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlı bildirib.

Onun sözlərinə görə, seçkiyə qatılmaqla bağlı açıq olan qərarı, şəffaf olan fəaliyyəti hansısa formada hakimiyyətlə iş birliyi, əməkdaşlıq kimi qiymətləndirmək ləyaqətli, vicdanlı davranış deyil: "Tam əksinə, hansı qərar verdiyini xalqla müzakirə etmək, cəmiyyətin maraqları ilə partiya maraqlarını uzlaşdırmağa çalışmaq o qədər normal işdir ki, burada heç bir əlavə müdafiə nitqinə ehtiyac yoxdur. Sadəcə, ortada şəffaf olan qərarımıza çamur atanlar məcbur edir ki, özləri haqqında da haqlı sualları eşitsinlər. Keçmişdə olanları qabartmağa ehtiyac yoxdur. Aylardır davam edən məhkəmə prosesini latent aparmaq, bu proses haqda cəmiyyəti zamanında, ümumiyyətlə, məlumatlandırmamaq, məhkəmənin qərarından sonra bu haqda xəbəri paylaşmaq hansı niyyətlə edilib? Desəniz ki, bu, bizim qərarımızdır, biz əlbəttə hörmətlə yanaşarıq. Bununla bərabər, özünüz kimi qərəzli olanlar çıxıb deməz ki, avtomobilinizin arxasıyca 2 km eyni maşın gələndə belə bunu özünüzə qarşı təzyiq kimi paylaşdığınız halda nədən partiyanızın həyatında ən mühüm prosesi son ana qədər hakimiyyətlə hansısa razılaşmanın olacağına ümid edib ictimaiətdən, xalqdan gizlətmisiz? Deyə bilərlərmi?"

Paylaş:

Ən son xəbərlər